Yəmənin fərari prezidenti əl-Qaidə ilə əlbirdir

Yəmən Ənsarullah Hərəkatının sözçüsü bildirib ki, bu ölkənin istefa vermiş prezidenti açıq şəkildə əl-Qaidə terror qruplaşması ilə əlbirlik edir.
 
Maide.az-ın "Fars" Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Abdussalam deyib: Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi əl-Qaidə ilə müttəfiq olub və Sənada olduğu zaman ordunun hərbi bazalarını onların ixtiyarına verir və bu ölkənin cənubuna daxil olduğu zaman da inqilabçılarla toqquşmağı və müharibəni idarə etməyi başqa adla öz öhdəsinə götürdü. 
 
Yəmən Ənsarullahı Hərəkatının sözçüsü sözlərinin davamında Ədən şəhərinin cənubunda əl-Qaidəyə üzv məhbusların azad edilməsinə toxunaraq deyib: Əbd Rəbbə Mənsur Hadi açıq-aşkar əl-Qaidə ilə əməkdaşlıq edir və bu terror qruplaşmasının Ədən şəhəri mərkəzi həbsxanasındakı məhbuslarını qaçırdı. 
 
Məhəmməd Abdussalam əlavə edib: Ədən, Şəbuh və Əbyənin problemi yoxdur, problem bütünlüklə cənubdadır. Bu isə əl-Qaidə qruplaşmasının bölgələrdə yayılması ardınca yaranıb.

Google+ WhatsApp ok.ru