Yəməndə mayın 12-dən beş günlük atəşkəs başlayacaq

Xəbər verdiyimiz kimi, Səudiyyə rejimi Yəmənə qarşı həyata keçirdiyi əməliyyatlarda böyük uğursuzluqlar, həmçinin son günlərdə Yəmən tayfa birliklərinin Səudiyyənin cənub əyalətlərini nəzarətə almasından sonra, 5 günlük atəşkəs qərarı verib.
 
Deyerler.org-un BBC-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə rejiminin XİN rəhbəri Adil əl-Cubeyri bu atəşkəsin mayın 12-si saat 23:00-dan başlanacağını bildirib.
 
Belə bir atəşkəs razılaşması bu günlərdə Səudiyyədə səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə keçirilən görüşlərdən sonra verilib./
 

Google+ WhatsApp ok.ru