Yəməndə öldürülənlərin sayı 2 mini keçdi 05 İyun 2015 01:00 Yəmən BMT-nin Humantiar Əlaqər üzrə Koordinasiya Ofisinin sözçüsü Yans Larke Səudiyyə Ərəbistanının Yəmənə işğalçı hücumları nəticəsində 2 mindən çox insan öldürüldüyünü açıqlayıb. Maide.az xəbər verir ki, Larke Yəmənə hücumlar zamanı 1 milyondan çox insanın evlərindən didərgin düşdüyünü, 20 milyondan çox insanın isə təcili olaraq yardıma möhtac vəziyyətdə olduğunu bildirib. Yans Larkenin sözlərinə görə, 19 martdan etibarən 2288 nəfər ölüb, 9755 nəfər isə yaralanıb. Ölənlərin yarıdan çoxu sivil vətəndaşlardır. Bu arada, Yəməndə probleminin həll olunması üçün tərəfləri bir araya gətirəcək müzakirələrin başlanması gözlənilir. Husi şiələr müzakirələrə qatılmağa hazır olduğunu bəyan ediblər. Hazırda digər tərəfin mövqeyi hələ də məlum deyil./ Teqlər : #Yəməndə öldürülənlərin sayı 2 mini keçdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə bəzi uçuşlar yenidən başlayıb Yəmən ordusu Səudiyyə Ərəbistanın hərbi mövqelərini atəşə tutdı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'