Yəmən bir gün ərzində 50 dəfə hava hücumuna məruz qaldı 13 Avqust 2015 01:00 Yəmən Ərəbistan qırıcıları bu gün Yəmənin müxtəlif məntəqələrini 50 dəfədən çox bombardman ediblər. Yəmənin Səhiyyə Nazirliyi isə 11 vilayətdə səhiyyə xidmətlərinin tamamilə dayandırılmasından xəbər verib. Maide.az-ın məlumatına görə, Yəmənin "əl-Məsirə" saytı yazır ki, Ərəbistan qırıcıları bu gün səhər saatlarından Yəmənin Əbyən vilayətində yerləşən Ludər məntəqəsini habelə, əl-Bəyza vilayətində Məkiras məntəqəsini 50 dəfədən çox bombardman ediblər. Ərəbistanın Yəmənə qarşı hücumlarının artması Yəmənin xalq və ordu qüvvələrinin reaksiyasına səbəb olub. Ənsarullah xalq hərəkatına bağlı bir hərbçi bildirib ki, ordu və xalq qüvvələri ilk dəfə olaraq, Rusiya istehsalı olan zirehə qarşı raketlərdən istifadə edərək, təcavüzkar Ərəbistan və BƏƏ qüvvələrini Ləhəc, Ədən və Əbyən vilayətlərində hədəfə alıblar. Bu hücumlarda təcavüzkar qüvvələrə ciddi zərər və ziyan yetirilib. Dünən bu hücumlarda 2 BƏƏ hərbçisinin öldüyü bildirilir. Həmçinin, BƏƏ ordusunun Fransadan aldığı tankların bir neçəsi məhv edilib. Teqlər : #Yəmən bir gün ərzində 50 dəfə hava hücumuna məruz qaldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən Nümayəndələr Palatasının vitse-prezidentinə sui-qəsd olub Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'