Yəmənlilər, Sionist rejiminin müdaxilələrinə qarşı etiraz yürüşü keçirəcək 02 Noyabr 2015 02:00 Yəmən Yəmənin Ali İnqilab Komitəsi ölkə əhalisini İsrail rejiminin Yəmənin daxili işlərinə qarışmasını və bu ölkəyə qarşı təxribatlarına qarşı kütləvi etirazlara çağırıb. Maide.az xəbər verir ki, Yəmən Ali İnqilab Komitəsi yaydığı bəyanatda bildirib ki, bu həftə Sionist İsrail rejiminin Yəmənin daxili işlərinə qarışmasına və bu rejimin Yəmənə hərbi təcavüzdə birbaşa iştirak etməsinə qarşı kəskin etiraz məqsədilə kütləvi yürüşlər keçiriləcək. Bəyanatda qeyd olunur: Sionist rejimininYəmənə qarşı tamahkarlığı, xüsusilə də Ba əl-Məndəbdə heç kəsə sirr deyil. Yəmən Ali İnqilab Komitəsi bəyanatda, Səud rejiminin Yəmənə hərbi təcavüzü çərçivəsində ölkə xalqına qarşı kütləvi qırğın saiyasətini Sionist rejiminin plan və maraqlarına xidmət etməsi kimi qiymətləndirərək bildirib: Yəmənlilərin bu etirazlarda geniş iştirakı ölkə əhalisinin Səud və İsrail rejimlərinin Yəmənə hərbi təcavüzünə və bu rejimin Yəməndə müstəmləkəçilik planlarına kəskin etirazını bütün dünyaya çatdıracaq. Bəyanatda qeyd edilir ki, Etiraz aksiyasının keçirilmə vaxtı və yeri haqqında tezliklə məlumat veriləcək. / Teqlər : #Yəmənlilər,#Sionist rejiminin müdaxilələrinə qarşı etiraz yürüşü keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hüquq müdafiəçiləri Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadəni tənqid etdilər Təəz vilayətində Yəmənlə Səudiyyə muzdurları arasında şiddətli toqquşmalar gedib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'