Yəməndə 7 günlük atəşkəs - bu axşamdan

Yəməndə istefa vermiş hökumətin rəsmiləri deyiblər ki, münaqişə tərəfləri bu gün axşamdan ölkədə 7 günlük atəşkəs rejimi bərqərar olması haqda razılığa gəlib. 
Maide.az xəbər verir ki, sabah İsveçrədə Yəmən sülh danışıqları başlayacaq. Yəmənin istefa vermiş prezidenti Mansur Hadinin tərəfdarları elan ediblər ki, müzakirələrdə ciddi iştirak edəcəklər.  
Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam da atəş kəsin olmasının zəruriliyini vurğulayıb. “Razılaşmışıq ki, dekabrın 14-dən (axşamdan) hücumlar dayandırılsın”. 
Qeyd edək ki, 9 aya yaxındır ki, Husilər və sabiq prezident Mənsur Hadinin tərəfdarları arasında Yəməndə qarşıdurma davam edir. Digər tərəfdən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə təcavüzü vəziyyəti daha da gərginləşdirib. 
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri cari ilin mart ayından Yəmənə təcavüzünü davam etdirir. İndiyədək bu təcavüz nəticəsində 7500-dən çox insan həlak olub ki, onların əksəriyyəti dinc sakinlərdir. 
BMT-nin uşaq fondu YUNİSEF bildirib ki, ölən dinc sakinlərdən 637 nəfəri uşaqlardır. 
BMT Husiləri və M.Hadi tərəfdarlarını danışığa çağırıb.  İyun ayında keçirilik birinci raund danışıqlarda tərəflər razılıq əldə edə bilmədi. Ekspertlər hesab edir ki, tərəflər qarşıdakı müzakirələrdə sülh əldə edə biləcəklər. /
 

Google+ WhatsApp ok.ru