Yəməndə terror aktı: ölən və yaralananlar var

Yəmənin Ədən şəhərində terrorçu-kamikadze minalanmış avtomobili partladıb.
 
Maide.az “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
 
İnsidentin nəzarət-buraxılış məntəqəsində baş verdiyi bildirilir.
 
Hücuma görə məsuliyyəti İŞİD-lə  əlaqəli olan qruplaşma öz üzərinə götürüb.

Google+ WhatsApp ok.ru