Yəmənlilər Amerikanın müdaxiləsinə etiraz etdilər

Yüzlərlə yəmənli Amerikanın Yəmənin daxili məsələlərinə müdaxiləsinə etiraz ediblər.

Maide.Az Əl-Məsirə xəbər portalının istinadən məlumat verir ki, Yəmənin əl-Hədidə vilayətinin müxtəlif şəhərlərinin sakinləri bazar günü Amerikanın Yəmənə təcavüzü, mühasirəsi və müdaxiləsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Etirazçılar Yəmənin cənubunun işğal olunmasını pisləyib və işğalçılara qarşı səfərbərliyi tələb ediblər.

Etirazçılar Amerikaya qarşı şüarlar səsləndirərək amerikalı və qeyri-amerikalı təcavüzkar qüvvələrin Yəməndəki iştirakına qarşı olduqlarını bildiriblər.

Ərəbistan ABŞ-ın köməyi ilə regionun bəzi ərəb ölkələri ilə koalisiya quraraq 2015-ci il mart ayından Yəmənə irimiqyaslı hücumlara başlayıb. Məqsədi isə Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq və bu ölkə şəhərlərinin təhlükəsizliyini təmin edən yəmənli inqilabçıları iqtidardan uzaqlaşdırmaqdır.

Bu hücumlar nəticəsində indiyə qədər minlərlə yəmənli, o cümlədən uşaq və qadın həlak olmuş və yaralanmışdır, on minlərlə nəfər didərgin düşmüş və ölkənin infrastrukturuna çoxlu xəsarətlər dəymişdir. /

Google+ WhatsApp ok.ru