Yəmən İnsan Haqları Mərkəzinin Ərəbistanın cinayətləri barədə hesabatı 22 İyun 2016 01:00 Yəmən Yəmən İnsan Haqları Mərkəzi ötən bir ildə Ərəbistanın Yəmənə qarşı cinayətləri barədə hesabatı mediaların ixtiyarına qoyub. Maide.Az-ın məlumatına görə, Yəmən İnsan Haqları Mərkəzi Sənada keçirdiyi mətbuat konfransında bildirib ki, ötən bir ildə Yəməndə 27 min mülki öldürülüb və ya yaralanıbdır. Bunların arasında 9366 nəfər həlak olanlar, 17663 nəfər də yaralılar siyahısındadır. Yəmən İnsan Haqları Mərkəzi vurğulayıb ki, Ərəbistanın başçılığı altda olan təcavüzkarlar koalisiyası bu müddətdə xalqın xüsusən qida maddələri və məişət imkanlarını hədəfə alaraq, hərbi cinayət törədiblər. Eyni zamanda, təcavüzkarlar mülkiləri hədəfə alıb, tarixi abidələri dağıdıb və Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadə ediblər. Yəmən İnsan Haqları Mərkəzinin üzvləri bu cür cinayətlər qarşısında susmalarına görə, beynəlxalq dairələri tənqid ediblər. Eyni zamanda, BMT-nin FAO təşkilatı bildirib ki, Yəmənin 19 vilayətinin sakinləri aclıqla üzləşirlər və beş yaşından aşağı 3 milyondan çox uşaq, həmçinin hamilə və ya körpələrinə süd verən qadınlar kəskin pis qidalanmadan xilas olmaq üçün təcili yardımlara ehtiyaclıdırlar. / Teqlər : #Yəmən İnsan Haqları Mərkəzinin Ərəbistanın cinayətləri barədə hesabatı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistan Yəmənin müxtəlif bölgələrini bombalayıb Yəmənli uşaqlar ciblərinin xırda pulunu BMT-yə verməyə davam edir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'