`Yəmən müharibəsində ölən Səudiyyə və BƏƏ əsgərləri şəhid sayılmır`

`Yəmən müharibəsində ölən Səudiyyə və BƏƏ əsgərləri şəhid sayılmır`

 
Misirin “Əl-Əzhər” universiteti İslami şəriət müəllimi Şeyx Əhməd Kərimə Səudiyyə və BƏƏ-nin Yəmən müharibəsində ölən əsgərlərin şəhid sayılmadığını bildirib. Amerikanın Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətər kimi İslam ölkələrində baza yaratmasını tənqid edən Şeyx Əhməd Kərimə bu müharibədə iştirak edən Səudiyyə Ərəbistanı və BƏƏ əsgərlərinin İslam ölkəsinə təcavüz edən təcavüzkar əsgərlər və zalım sayıldığını qeyd edib.
 
Səudiyyə Ərəbistanı bölgədə bəzi ərəb ölkələri ilə qurduğu ittifaqla və ABŞ-ın himayəsi altında ötən ilin martından bu yana Yəmən torpaqlarına hücum etməyə başlayıb. Səudiyyə Ərəbistanı Yəmənin istefa verən qaçaq Prezidenti Mənsur Hadinin yenidən hakimiyyətin başına keçirməyini istəyir.
 
Qeyd edək ki, 2015-ci ilin mart ayından Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almqada çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularını girişi məhdudlarşdırılıb. Ölkə ərazisində Səudiyyə tərəfində infrastrukturunun məhv edilməsi içməli suyun qıtlığına səbəb olub. Dünya ictimaiyyəti Səudiyyə Ərəbistanının Yəməndəki uşaq qətllərinə (bir neçə ölkə xaric) səssiz qalmaqda davam edir. (Eastnews) /

Google+ WhatsApp ok.ru