Yəmən “dünyanın indiyədək görmədiyi aclıqla” üz-üzədir 09 Noyabr 2017 02:00 Yəmən -- Milyonlar buna qurban gedə bilər BMT-nin humanitar məsələlər üzrə rəhbəri xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanı koalisiyası Yəmənə giriş limanlarına blokadanı qaldırmasa, bu ölkə “indiyədək dünyanın görmədiyi ən böyük aclıqla üzləşər, milyonlar buna qurban gedər”. Madie.Az beynəlxalq KİV-lərə istinadən bildirir ki, Mark Lowcock noyabrın 8-də BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra BMT-ni və humanitar yardım təşkilatlarını Aden və Sanaa şəhərlərinə daimi uçuşları dərhal bərpa etməyə çağırıb. O, həmçinin bütün limanlara dərhal çıxış tələb edib, özəlliklə ərzaq, yanacaq, dərman və digər vacib təchizatlardan ötrü. Qeyd edək ki, 2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Hazırda ölkədə 20 milyon nəfər - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. Xatırladaq ki, BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. Teqlər : #Yəmən dünyanın indiyədək görmədiyi aclıqla üzüzədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejiminin Yəmənə hərbi təcavüzü nəticəsində 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb Səudiyyənin yəmənlilərə qarşı törətdiyi cinayətin görüntüləri yayımlandı - Video
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'