Yəməndə difteriya virusu 48 nəfərin həyatına son qoydu 10 Yanvar 2018 02:00 Yəmən -- Yəməndə ən azı 471 nəfərin difteriyadan əziyyət çəkdiyini bildirib Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə ən azı 471 nəfərin difteriyadan əziyyət çəkdiyini bildirib. ÜST Yəməndə son vaxtlar hər 10 nəfərdən birinin difteriyadan dünyasını dəyişdiyini qeyd edib. Difteriyaya yoluxmanın ən çox müşahidə olduğu yerlər isə, ölkənin qərbindəki İbb və Hudeyda əyalətləridir. Yanvarın 8-dən etibarən isə, 48 nəfərin difteriyadan vəfat etdiyi rəsmi şəxslər tərəfindən bildirilib. Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Bu, vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib. (deyerler.org) Teqlər : #Yəməndə difteriya virusu 48 nəfərin həyatına son qoydu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Yəmənə 50 milyon dollar yardım ayırdı YUNİSEF: Yəməndə hər gün 130 uşaq ölür
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'