Yəmən haqqında qətnamə qəbul edildi

Yəmən haqqında qətnamə qəbul edildi

BMT Təhlükəsizlik Şurası Yəmənin Hudeydə şəhərində atəşkəsin dəstəklənməsi və bölgədə atəşkəsin yoxlanılması üçün müşahidəçilərin göndərilməsi haqqında qətnaməni qəbul edib.
 
Maide.Az “Sputnik”ə istinadən xəbər verir ki, İngiltərənin təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub.
 
Sənəddə ilkin mərhələdə 30 gün müddətinə beynəlxalq müşahidəçilər qrupunun Hudeydəyə göndərilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, 2015-ci ildən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin  təcavüzü nəticəsində Yəməndə ölənlərin sayı 60 min nəfərdən çoxdur. Hal-hazırda 27 milyonluq Yəməndə əhalinin 75 faizi qida və dərman yardımına möhtacdır. 5,2 milyon uşaq isə aclıq təhlükəsi altındadır. 
 

 

Google+ WhatsApp ok.ru