Yəmənin Səhiyyə Nazirliyi: ‘Sənada vəba epidemiyası şiddətləndi’

Yəmənin Səhiyyə Nazirliyi: ‘Sənada vəba epidemiyası şiddətləndi’

Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Yusif Xazəri vəba epidemiyasının paytaxt Sənada şiddətləndiyini bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Yusif Xazəri mövzu haqqında verdiyi açıqlamasında, Sənada xəstəxanaların hər gün 100-ə qədər vəba xəstəliyinə yoluxan xəstəni qəbul etdiyini, bu xəstəxanaların yeni xəstələri qəbul edəcək tutumunun olmadığını bildirib.
 
Sözçü Səhiyyə Nazirliyinin müharibə və blokada səbəbindən üzləşdiyi məhdud imkanlara rəğmən vəba epidemiyasını azaltmaq üçün bütün səylərini istifadə etdiyini qeyd edib.
 
Xazəri, həmçinin beynəlxalq qurum və təşkilatlardan vəba epidemiyası ilə mübarizə üçün Yəmənə yardım etmələrini istəyib.
 
Yəməndə indiyə qədər 2500 nəfər vəba xəstəliyi səbəbindən həyatını itirib, 1.2 milyon insan da vəba epidemiyasından təsirlənib.
 

Google+ WhatsApp ok.ru