Yəmən ordusundan Səudiyyə rejiminin koalisiyasına güclü zərbə

Yəmən ordusundan Səudiyyə rejiminin koalisiyasına güclü zərbə

Yəmən ordusunun Hərbi Hava Qüvvələri ilə Raket Birliyi işğalçı və xain qüvvələri Ədəndə qəfil yaxalayaraq, növbəti dəfə bombardman ediblər.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, avqustun 1-i Yəmənin Hərbi Hava Qüvvələri ilə Raket Birliyinin birgə təşkil etdiyi əməliyyatda düşmənin Ədəndə təşki etdiyi hərbi paradın Qasif K2 pilotsuz uçuş aparatı (PUA) və orta mənzilli ballistik raketlə hədəfə alınıb.
 
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii çox dəqiq təhqiqatdan sonra hücumun reallaşdırıldığını bildirərək, hücumun hədəfinin hərbi parad və liderlərin yığıncağı olduğunu bildirib.
 
Sözçü bombardmanın düşmən cəbhəsində çaxnaşma yaratdığını və düşmənin liderlər heyəti də daxil olmaqla onlarla qüvvəsinin ölməsi və yaralanmasına səbəb olduğunu bildirib.
 
O, Adendə hədəfə alınan hərbi paradın Dalea və Taiz əyalətlərində ordu və xalq komitələrinin mövqelərinə doğru irəliləməyə hazırlaşdıqlarını qeyd edib.
 
Xatırladaq ki, bu gün Yəmənin Ədən şəhərində keçirilən parada hücum nəticəsində 32 nəfər ölüb, polis əməkdaşları yaralanıb.
 

Google+ WhatsApp ok.ru