Yəmən: ‘Səudiyyə rejiminin Yəmənə qarşı hücumları artırmasına görə BMT məsuliyyət daşıyır’

Yəmən: ‘Səudiyyə rejiminin Yəmənə qarşı hücumları artırmasına görə BMT məsuliyyət daşıyır’

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii BMT-nin Səudiyyə rejiminin koalisiyasının Yəmənin Qərb Sahili bölgəsinə qarşı hücumları artırmasına görə məsuliyyət daşıdığını bildirib.
 
 Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii dekabrın 15-i verdiyi bəyanatında, İsveç razılaşmasına baxmayaraq Səudiyyə rejiminin koalisiyasının Yəmənə qarşı hücumlarının artdığını, təcavüzkar qüvvələrin Hudeydadakı mühasirəsini davam etdirdiyini və bölgəyə dərman və qida məhsullarının girməsinin qarşısını aldığını söyləyib.
 
Sərii Səudiyyə rejiminin koalisiyasının Hudeyda atəşkəs razılaşmasından etibarən 30 min dəfə atəşkəsi pozduğunu qeyd edərək, İsveç razılaşmasının başlandığı gündən etibarən 175 yəmənlinin öldürüldüyünü, aralarında qadınlar ilə uşaqların da olduğu 481 yəmənlinin də yaralandığını bildirib.
 
Xatırladaq ki, 2018-ci ilin dekabrında Ər-Riyad və Səna nümayəndə heyətləri arasında İsveçdə əldə edilən razılaşmaya görə, tərəflər qüvvələrini Hudeydadan geri çəkməli idi, ancaq təcavüzkar Səudiyyə rejiminin koalisiyası hələ də qüvvələrini geri çəkməyərək, atəşkəsi pozmağa davam edir.

Google+ WhatsApp ok.ru