Yaponiya benzin və dizel avtomobillərindən imtina planı hazırlyacaq 04 Dekabr 2020 12:05 Dünya Yaponiya hökuməti 2030-cu ilin ortalarınadək benzin və dizel avtomobillərinin satışına son qoymaqla bağlı bu ilin sonunadək tədbirlər planı hazırlyacaq. Bu barədə iqtisadiyyat, ticarət, sənaye naziri Hiroşi Kaciyama mətbuat konfransı zamanı bildirib. Nazirin dediyinə görə, karbon qazı və atmosfer havasının isinməsinə təkan verən başqa istilik qazlarının buraxılmasını 2050-ci ilədək dayandırmaqla bağlı qarşıya qoyulan hədəfə çatmaq üçün bu, zəruridir: “Elektromobillərin tətbiqi də bu planın mühüm parçalarından biridir”. Hökumətin planına əsasən, 2030-cu illərin ortalarından ölkədə satılan yeni nəqliyyat vasitələri yalnız elektrikli, hybrid və hidrogenli avtomobillər olacaq. Hazırda Yaponiyada xeyli sayda hybrid avtomobil modelləri istehsal olunsa da, elektrikli və hidrogenli avtomobillərin istehsalı cüzidir. / Report/ Teqlər : #Yaponiya,#benzin,#və,#dizel,#avtomobillərindən,#imtina,#planı,#hazırlyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əsgəreyn İmamlarının (ə) mütəhhər hərəmi - FOTO Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO