YUNİSEF Yəməndə uşaqların həlak olması barədə hesabat verdi 17 İyun 2015 01:00 Yəmən Maide.az-ın məlumatına görə, BMT Uşaq Fondunun nümayəndəsi Culian Harniş deyib ki, Ərəbistanın Yəmən ərazisinə hava təcavüzündən həlak olan yəmənli uşaqların sayı 2014-cü ildə bu ölkədə həlak olanlardan 4 dəfə çoxdur: "Ərəbistanın Yəmənə hava hücumlarında ən azı indiyə qədər 279 yəmənli uşaq həlak olub, 402 uşaq da yaralanıb. Halbuki ötən il Yəməndəki de-stabil vəziyyət nəticəsində 74 uşaq həlak olub, 244 uşaq da yaralanıb." Bu arada İnsan Haqları Komissarlığının sözçüsü Robert Kloyl bildirib ki, iyununun 11-dən 15-ə qədər təxminən 50 Yəmən vətəndaşı, o cümlədən 18 uşaq, 11 qadın Ərəbistanın hava hücumları nəticəsində həlak olub: "Ərəbistanın Yəmənə hava hücumları başlandıqdan sonra 1412 yəmənli həlak olub və 3423 nəfər də yaralanıb." Ərəbistan ötən mart ayının 26-dan ABŞ-la əlbir olaraq Yəmənin müxtəlif bölgələrinə hava hücumları edib və bu hücumlar indiyə qədər minlərlə insanın həyatına son qoyub və minlərlə nəfərin də yaralanmasına səbəb olub. Teqlər : #YUNİSEF Yəməndə uşaqların həlak olması barədə hesabat verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə mübarək ayla əlaqədar atəşkəs elan edildi YUNİSEF statistikalarında Yəmən həqiqətləri tərsinə göstərilir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'