YUNİSEF yəmənli uşaqlarla bağlı hesabatı açıqladı 28 Mart 2018 01:00 Yəmən -- hesabatda 2 milyon yəmənli uşağın məktəbə gedə bilmədiyi bildirilib BMT Uşaqlara Yardım Fondu (YUNİSEF) 3 ildir Səudiyyə Ərəbistanının işğalı altından Yəməndə müharibənin ən çox uşaqlara mənfi təsir etdiyini açıqlayıb. Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, hesabatda 2 milyon yəmənli uşağın məktəbə gedə bilmədiyi bildirilib. Bundan başqa, 2419 uşaq hazırda döyüşçü kimi istifadə edilir. Ölkədəki qız uşaqlarının yarısı isə 15 yaşına qədər evləndirilib. Müəllimlərin təxminən 35 faizi bir ildən çoxdur ki, maaş ala bilməyib. Bu da 4,5 milyon uşağın təhsil almasına riskə atır. 2500-ə yaxın məktəb müharibə nəticəsində yararsız hala düşüb. 7 məktəb isə hazırda hərbi baza olaraq istifadə edilir. Hesabatda qeyd edilib ki, 27,5 milyon əhalisi olan Yəmənin 78 faizi yoxsulluq və səfalət içində yaşayır. 8,2 milyonu uşaq olmaqla 16 milyon nəfərin təmiz suya ehtiyacı var. Qeyd edək ki, aprelin 3-də Cenevrə şəhərində Yəmənə beynəlxalq yardımla bağlı konfrans keçiriləcək. Tədbirə BMT baş katibi Antonio Quterreşin də qatılacağı gözlənilir. Teqlər : #YUNİSEF yəmənli uşaqlarla bağlı hesabatı açıqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndəki fəlakətin əsas mənbəyi ABŞ və Qərbin silahlarıdır YUNİCEF Yəməndə kolera ilə bağlı həyəcan təbili çalır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'