Əli Abdulla Saleh Yəmən Ənsarullahı ilə öz həmrəyliyini elan etdi

Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh ilk dəfə olaraq Yəmənin Ənsarullah Hərəkatı ilə öz həmrəyliyini elan edib.
 
Maide.az xəbər verir ki, Əli Abdulla Saleh "əl-Yəmən əl-Youm" telekanalı ilə yayımlanan çıxışında, "Mən bundan öncəyə qədər Ənsarullahın müttəfiqlərindən deyildim. Lakin bu gün elan edirəm ki, Yəmən xalqı səudiyyəli təcavüz qarşısında bu ölkənin milli mənafeyini qoruyan hər bir şəxslə müttəfiqdir", - deyib. Yəmənin sabiq prezidenti həmçinin xalqdan istəyib ki, bu təcavüz qarşısında Yəməni müdafiə etsinlər. 
 
Əli Abdulla Saleh 2011-ci ildə hökumətə qarşı qiyamdan sonra prezidentlikdən kənarlaşmışdı. 

Google+ WhatsApp ok.ru