Səudiyyə Ərəbistanın Yəməndəki cinayətləri haqqında 11 May 2015 01:00 Yəmən Bu gün Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri heç bir regionda görünməyib. Təyyarələri bir ölkə üzərinə göndərirlər ki, nə üçün filankəsin prezidentliyini qəbul etmirsiniz?! Xalqı, infrastrukturları vurur, cinayət törədir, qadın və uşaqları qətliam edirlər. Od vurub ölkəni yandırırlar. Bunun heç bir izahı yoxdur. Amerika da bu cinayətləri himayə edir. Bundan böyük rüsvayçılıq olar?! Bu gün Amerikanın bölgə xalqları arasında zərrəcə hörməti yoxdur. Hamı baş verən hadisələri görür. Amerikalılar açıq deyirlər ki, biz bu cinayəti müdafiə edirik, xəcalət də çəkmirlər. Sonra da bizə deyirlər ki, siz nə üçün kömək edirsiniz? Biz tibbi yardım göstəririk. İstədik yaralılara, xəstələrə dava-dərman göndərək. Silah göndərmək fikrimiz yox idi. Onların bizim silaha ehtiyacları yoxdur. Yəmənin bütün hərbi hissələri, ordu qərargahları xalqın əlindədir. Mübariz xalq, Ənsarullah bütün bunları nəzarət altına alıb. Onların silaha ehtiyacı yoxdur. Biz onlara tibbi yardım göstərmək istədik. Siz bir ölkəni mühasirəyə alıb tibbi yardıma yolu bağlamısınız. Ərzağın, enerjinin qarşısını kəsmisiniz. Belə bir vaxtda deyirsiniz ki, kimsə onlara kömək etməsin. Hətta qırmızı aypara cəmiyyətinə xidmət göstərməyə icazə vermirlər. Digər tərəfdən Səudiyyə Ərəbistanını kəşfiyyat məlumatları təchiz edir, silah verir, daşınma işində kömək göstərirlər. Siyasi baxımdan təşviq edirlər. Onların şəxsiyyəti yoxdur. İranın tutduğu yol mətin, möhkəm, aqibəti xoş olan bir yoldur. Düşmənin gözünə tikan olsun, bu yol İlahi tövfiqlə son nəticəyə çatacaq. İran xalqı müvəffəq olacaqlar. Düşmən görəcək ki, İran xalqına qarşı çirkin məqsədləri həyata keçmədi. Ali Lider Ayətullah Xamenei Teqlər : #Səudiyyə Ərəbistanın Yəməndəki cinayətləri haqqında , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Mərakeşə aid F-16 qırıcısı itdi Əli Abdulla Saleh Yəmən Ənsarullahı ilə öz həmrəyliyini elan etdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'