İki təqlid mərcəsindən Ayətullah Xameneiyə mesaj

İran prezidenti Həsən Ruhaninin birinci müavini Nəcəf şəhərində iki böyük İslam alimi, mərcei təqlid müctehidləri Ayətullah Sistani və Ayətullah Nəcəfi ilə görüşüb.
 
Ayətullah Sistani ilə görüşən İshaq Cahangiri öz növbəsində Seyyid Sistaninin İŞİD-in hücumları müqabilində tarixi cihad hökümü təqdirə layiq hesab etdiyini və bu addıma görə minnətdarlığını bildirib. Onun bu fətvası ilə islam və İraqın ifratçı və terroçuların əlindən nicat tapacağını bildirən Cahangiri 2 ölkə arasında olan əlaqələrdən də söz açıb.
 
Daha sonra Ayətullah Bəşir Nəcəfi ilə görüşən Cahangiri İraq Ayətullahlarının fətvalarına güvəndiklərini və bu səbəbdən rahat olduqlarını dilə gətirib.
 
Hər iki mərcei təqlid müctehidi İran prezidentinin müavinindən salamlarını Ali Lider Ayətullah Seyid Əli Xameneiyə çatdırmasını xahiş edib və 2 ölkə arasında olan əlaqələrin daha da güclənməsinin tərəfdarı olduqlarını vurğulayıblar.
 
Qeyd edək ki, ekspertlərin fikriinə görə,  İraqda yaşayan şiə dünyasının iki böyk təqlid mərcəsinin Ali Lider və şiə dünyasının təqlid mərcəsi olan Ayətullah Xameneiyə göndərmiş olduqları salam əslində ona verilən dəstək və vəhdətə işarədir.(Islamazeri)

Google+ WhatsApp ok.ru