Bəhreyndə camaat namazları qadağan olundu

Bəhreyndə camaat namazları qadağan olundu

Ali Xəlifə rejim məhkəməsi  26 bəhreynlini  3 ildən 10 ilədək azadlıqdan məhrum edib. 
 
Maide.Az xəbər verir ki,  Bəhreynin Əl-Avsat qazeti yazır ki,  məhkəmə  1 nəfərə 10 il, 15 nəfərə 7 il və qalanlarına isə 3 il azadlıqdan məhrum etmə cəzası verib.
 
Prokrorluq iddia edib ki, guya bu şəxslər  bilərəkdən dövlət əmlakına ziyan vurublar və  Bəhreyn Daxili İşlər Nazirliyinin avtomobilini yandırıblar. 
 
Qazetin məlumatına görə isə, bu şəxslərin həbs olmasına səbəb  15 nəfərdən çox şəxsin bir yorə toplaşması olub.  
 
Camaat namazlarına qadağa 
 
Qəzet  yazır ki,  Bəhreyndə 40-dan çox məsciddə cmaat namazların qılınması qadağan olunub. Onlardan biri də İmam Sadiq (ə) adına olan məsciddir.   Deraz bölgə məscidinin  imam camaatı  Şeyx Məhəmməd  Sənqura  hökumət tərəfindən  xütbə oxumasının qadağan edilməsinə dair məktub göndərilib. 
 
Ötən günlər ərzində məscidlərdə camaat namazı qılan alimlər müxtəlif vaxtlarda məhkəmələrə çağrılır. 
 
Bəhreyn alimləri birgə bəyanat yayaraq bildiriblər ki, Bəhreyn şiələri çox acınacaqlı vəziyyətdədirlər, belə ki, İslamın ən vacib əməllərindən olan camaat namazı və cümə namazını qılmaq belə onlar üçün təhlükə hesab olunur. Bəyanatda bildirilib ki, Bəhreyn rejimi camaat namazlarının qılınmasını iyun ayının  17-dən icra etməyə başlayıblar. 
 
 

Google+ WhatsApp ok.ru