İŞİD başçısı Livan hökumətinə müharibə elan edib

İŞİD teroor qruplaşmasının başçısı Əbubəkr Bağdadi Livan hökumətinə müharibə elan edib. Maide.az-ın məlumatına görə, “Aişə” xəbər saytında Bağdadinin səs yazısı yayımlanıb.
Səs yazısında bildirilir: Sizə  hücumlarımızın yeni mərhələsi ilə bağlı şad xəbər verirəm. Bu hücumlar “divarların dağıdılması” adlı plan əsasında həyata keçiriləcək. Bu plana əsasən biz öz ən proritet işlərimizi görəcəyik. Həmin işlərdən biri də hər bir yerdə olursa olsun “müsəlman əsirlərin azadlığa buraxılmasıdır” və “cəllad”ların tapılıb öldürülməsidir.  Məhkəmə hakimləri və müstəntikləri bu siyahıda birincidirlər. Bilin ki, heç vaxt sizi unutmamışıq və həmişə xatırlayırıq. Bu video kadrlarda  Bağdadinin danışı fonunda Livanın Rumiyə həbsxanasının kadrları yayımlanıb. Bağdadi deyib ki,” Livan zalım hökuməti  aslanlarla müharibədə ABŞ-ın müttəfiqidir”. Həbsxanalarda olan aslanlar Livana girblər və bundan sonrada girəcəklər. Bilin ki, Əbu Ğərib zindanını dağıdanlar  Rumiyə zindanını da dağıdacaq. Videoda digər ölkələrdəki həbsxanalarda da müsəlmanların şikəncə kadrları göstərilib.

Google+ WhatsApp ok.ru