İMAM MEHDİNİN (Ə.C.) KƏLAMINDA ŞƏHİDLƏR SƏRVƏRİ İMAM HÜSEYNİN (Ə) ON XÜSUSİYYƏTİ 24 Noyabr 2016 02:00 İmam Məhdi (ə) Mərhum Şeyx Abbas Qummi “Nəfəsul-məhmum” adlı dəyərli əsərində şəhidlər sərvəri imam Hüseynin (ə) ziyarətnaməsində (“Nahiyeyi-müqəddəsə” ziyarəti) göstərilən bəzi ibarələrə toxunur ki, onun imam Mehdiyə (ə) mənsub olmasında şəkk yoxdur. Bu ziyarətnamədə imam Mehdi (ə.c.) imam Hüseynin (ə) 10 xüsusiyyətidən söz açır. Sözsüz, hər bir kəsin varlıq mahiyyəti ilə tanış olmaq üçün onun yaxınlarına müraciət etmək, onların sözlərini dinləməklə həmin şəxsi tanımaq lazımdır. Elə buna görə də, məsum imamları yaxşı tanımaq üçün, onların bir-biri haqda söylədikləri kəlam və fikrə üz tutmaq zərurəti yaranır. İmam Mehdiyə (ə.c.) məsub ziyarətnamədə imam Hüseynin (ə) on xüsusiyyətindən söz açılır. O həzrət (ə.c.) buyurur: کُنتُ لِلرَّسُولِ وّلَداً و لِلقُرآن سَنَداً وَ للاُمَّة عَضُداً وَ فِی الطاعة مُجتَهِداً حافِظاَ لِلعَهد وَ المیثاق ناکِباَ عَن سُبُلِ الفُسّاق تَناوه تأوه المَجهُود طَوِیل الرُکُوع وَ السُّجُود زاهِداَ فِی الدُّنیا زُهدَ الرّاحِل عَنها ناظِراَ بِعَین المُستَوحِشِینَ مِنها 1. Ey Hüseyn! Sən Rəsulullahın övladı idin. İmam Hüseyn (ə) Peyğəmbəri-Əkrəmin nəvəsi və qızı Fatimeyi-Zəhranın (s.ə.) ikinci övladıdır. Bununla yanaşı, Allah-Taala “Mübahilə” ayəsində imam Həsənlə (ə) imam Hüseyni (ə) Peyğəmbəri-Əkrəmin (s) oğulları adlandırır. 2. Sən Quranın sənədi idin. İmam Hüseynin (ə) mübarək vücudu və Aşurası sayəsində Quran dünyada nəşr olundu, həm də Qurani-Kərimdə söz qəlibində bəyan olunanlar imam Hüseynin (ə) pak vücudunda əks olnumuşdu. 3. Sən ümmət və dinin güclü qolu, dayaq nöqtəsi idi. İslam ümməti o həzrətin qəhrəmanlığı sayəsində ayıldı və İslam dini o həzrətin Aşura məktəbinin sayəsində dirçəldi, nəşr olundu, Peyğəmbər (s) ümməti güc sahibi oldu. Ərbəin yürüşü bunun canlı nümunəsidir. 4. Sən Allaha itaətdə çalışqan idin. İmam Hüseynin (ə) Allahla raz-niyazı və gecə ibadətləri insanı düşüncəyə vadar edir. O həzrətin “Ərəfə” duası buna misaldır. 5. Sən əhd-peymanına sadiq qaldın; həm Allahla, həm də Onun bəndələri ilə bağladığı əhd-peymanın üzərində möhkəm dayandı, əhd-peymanını pozmadı. 6. Sən fasiqlərin yolundan üz çevirdin; İmam Hüseyn (ə) zalım və fasiqlərlə beyət etmədi, onların işləri ilə razılaşmadı və hətta haqq yolunda fasiqlərlə, batillərlə mübarizə apardı. 7. Sən ağrı-acılara sinə gərdin, qəm-qüssələrə, yaxınların və dostlarının müsibətinə dözdün, səbir etdin. 8. Sən uzun-uzadı rüku və səcdələr yerinə yetirdin; imam Hüseyn (ə) daim Allahı zikr edir, Onun razılığını düşünür, Onunla xəlvətə çəkilməkdən ləzzət alırdı. Elə buna görə də, uzun-uzadı rüku və səcdələrdən yorulmurdu. 9. Sən dünyadan köçən insanlar tək dünyadan üz çevirdin, dünya və dünya malına bağlanmadın. Zahidlik Əhli-beyt imamlarının əməli ilə məna kəsb edir. 10. Başqaları dünyaya müştəri gözü ilə baxdığı və aşiqanə yanaşdığı halda, sən dünyaya vəhşət gözü ilə baxdın, dünyanın zər-zivərindən qaçdın. (“Nahiyeyi-müqəddəsə” ziyarətnaməsi.) Rza Şükürlü Teqlər : # İMAM MEHDİNİN (Ə.C.) KƏLAMINDA ŞƏHİDLƏR SƏRVƏRİ İMAM HÜSEYNİN (Ə) ON XÜSUSİYYƏTİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İMAM MEHDİNİN (Ə) CAHANŞÜMUL HÖKUMƏTİNDƏ HƏZRƏT İSA MƏSİHİN (Ə) İŞTİRAKI İMAM ZAMANIN (Ə.C.) İMAMƏTİNİN BAŞLANĞICI