İNTİZARÇILARIN TƏRİF, ZALIMLARIN İSƏ MƏZƏMMƏT EDİLMƏSİ 12 May 2017 01:00 İmam Məhdi (ə) Rəvayətlərdə imam Zamanın (ə) qeybə çəkildiyi dövrdə intizarçılar təriflənir. O cümlədən, imam Səccaddan (ə) nəql olunan bir hədisdə buyurulur: “Onun qeybə çəkildiyi dövrdə imamətinə inananlar və zühurunu gözləyənlər bütün dövrün insanlarından üstün və fəzilətlidirlər. Çünki Allah-Taala onlara o qədər şüur və mərifət verəcək ki, İmamın qeybə çəkilməsini hüzuru kimi hiss edəcəklər. Allah-Taala zühur əsrinin intizarçılarını Peyğəmbərin hüzurunda qılıncla düşmənə zərbə endirən şəxs kimi qərar verəcək. Onlar xalis bəndələr, həqiqi şiələr, aşkar və gizlində Allahın dininə dəvət edənlərdirlər.”[1] İslam Peyğəmbərinin (ə) baxışında ən fəzilətli əməl imam Məhdinin (ə) zühurunun intizarını çəkməkdir. Belə ki, buyurur: اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ “Mənim ümmətimin ən fəzilətli əməli Allahın vəd etdiyi zühurun intizarını çəkməkdir!”[2] Bir çox rəvayətlərdə isə zalımlar və azğınlar məzəmmət edilir, eyibləri aşkarlanır. İmam Sadiq (ə) buyurur: “Zalımlar (qiyamət günü) qarışqa surətinə düşər və onlar camaatın ayaqları altda əzilməklə əzab olunarlar.”[3] İmam Əli (ə) buyurur: “Atam kənizlərin ən yaxşısının oğluna (imam Məhdi (ə)) qurban olsun! O, (zalımları və azğınları) xar və zəlil edəcək, onlara zəhərli cam dadızdıracaq...”[4] Bu rəvayətlərə görə, zühurun intizarını çəkənlərin ruh və cismindəki müsbət təsir aşağıdakılardan ibarətdir: 1. Zühurun intizarını çəkənlərin zalım qüvvələrin müqabilində mənəvi güc və qüvvələrinin artması; 2. Onların ruhi-psixoloji baxımdan güclənməsi; 3. Onların zalım qüvvələrlə rəftarında qüdrət və üstünlüklərinin qorunması. Zalım qüvvələrin məzəmmət edilməsində məqsəd, onların yüksək hərbi-texnoloji imkanlara malik olmaları ilə belə, zillət və bədbəxtliklərinin xatırlanmasıdır. Demək, intizarçıların təriflənməsi, onların isə pislənməsi dedikdə, məzlumların düşüncə və ruhiyyəsində zalım qüvvələrin acizliyi, qürur və heybətlərinin sınması nəzərdə tutulur. Bu hiss intizarçıları tənbəllik və bədbəxtlikdən çıxaracaq, həyatın müxtəlif yönlərində qüvvətləndirəcək və süquta uğramaqdan saxlayacaqdır. Rza Şükürlü (Maide.az) [1]. “Biharul-ənvar”, 52-ci cild, səh.122. [2]. “Biharul-ənvar”, 52-ci cild, səh.122. [3]. “Üsuli-kafi”, Şeyx Kuleyni, 2-ci cild, “kibr” bölümü, səh.311, hədis 11. [4]. “Qeybəti-Nömani”, Məhəmməd ibn İbrahim ibn Cəfər Katib Nömani, səh.229. Teqlər : #İNTİZARÇILARIN TƏRİF,#ZALIMLARIN İSƏ MƏZƏMMƏT EDİLMƏSİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İMAM ZAMAN (Ə) – VARLIQ ALƏMİNİN MEHVƏRİ DOĞRU VƏ QURUCU İNTİZAR – TƏRƏQQİ VƏ İSLAHAT