Minlərlə Yəmənli dünya xalqlarına müraciət etdi

Bu gün cümə namazından sonra minlərlə Yəmənli etiraz aksiyasında iştirak edib. 
 
Maide.az xəbər verir ki, “Cinayətlərin dayandırılması və mühasirənin ləğvi dünya azadlıqsevərlərinin borcudur” şüarı ilə keçirilən  etiraz aksiyasında  Yəmənlilər  Səudiyyə Ərəbistanın cinayətlərinin  dayandırılması üçün dünyanın azadlıqsevər xalqlarına müraciət etdilər. 
 
Etirazçılar beynəlxalq  qurumlar və  BMT-nin Səudiyyə Ərəbistannın Yəməndəki cinayətləri qarşısında sükutunu  pisləyib  dünya xalqlarından yardım istəyiblər. Onlar dünya xalqlarından istəyiblər ki, BMT-ni və  digər beynəlxalq qurumları cinayətləri dayandırmaq üçün Səudiyyə Ərəbistana təzyiq etməyə məcbur etsinlər. 
 
Həftənin bazar ertəsindən  Yəməndə atəşkəs elan olunsada  Səudiyyə Ərəbistan qırıcıları dəfələrlə Yəmənin müxtəlif bölgələrini bombalayıb.
 

Google+ WhatsApp ok.ru