BMT Uşaq Fondu: 2015-ci ildə Yəməndə 900 uşaq öldürülüb

BMT Uşaq Fondu  (UNİCEF ) elan edib ki, 2015-ci ildə Yəməndə 900 uşaq öldürülüb.
Maide.az xəbər verir ki, UNİCEF   elan edib ki, ötən il Yəməndə insan haqlarının pozulmasına dair çoxlu sənədlər əldə etmişik,sonuncu  məlumatlara görə, Yəməndə 2015-ci ildə 900 uşaq öldürülüb ki,bu rəqəm 2014-cü il ilə müqayisədə yeddi dəfə çoxdur. 
UNİCEF həmçinin elan edib ki, Yəməndə 2015-ci ildə uşaq əsgərlərin sayı  2014-cü illə müqayisədə artıb və Yəmənin müxtəlif bölgələrində döyüşən uşaq əsgərlərin sayı 848 nəfər təşkil edir.2015-ci ildə Yəməndə  məktəb və xəstəxanalara ən az 115 dəfə hücumlar olub.  
BMT Uşaq Fondunun məlumatına görə,  Yəməndə  uşaqlar,  ölənlərin üçdə birini və yaralananların isə dörddə birini  təşkil  edir. /
 

Google+ WhatsApp ok.ru