Qəzza zolağının şərqindəki nümayişlərdə 60 nəfər yaralanıb (FOTO )

Qəzza zolağının şərqindəki nümayişlərdə 60 nəfər yaralanıb (FOTO )

Qəzza zolağının şərqində dünən axşam saatlarında keçirilən aksiyalara İsrail rejimi qüvvələrinin atəş açması nəticəsində 60 fələstinli yaralanıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi mətbuat katibi Əşrəf əl-Kudra yaralılardan 4-nün qadın və 15-nin uşaq olduğunu açıqlayıb.
 
Əl-Kudra yaralılar arasında bir tibbi yardım işçisinin və bir jurnalistin də olduğunu bildirib.
 
Onlarla adamın işğalçı qüvvələrin atdığı bombalardan çıxan qazın təsirinə məruz qaldığı vurğulanıb.
 
Fələstinlilərin dünən günortadan sonra "Böyük Qayıdış Yürüşü" aksiyalarına qatılmaq məqsədilə sərhədə yaxın bölgələrdə qurulan qayıdış düşərgələrinə axın etdikləri qeyd olunub.
 
"Böyük Qayıdış Yürüşü"nün 56-cı cüməsində nümayişlərin "Milli Birlik və Parçalanmanın Sona Çatması" şüarıyla keçirildiyi qeyd edilib.
 
"Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü" milli nümayəndə heyəti qəzzalıları qayıdış düşərgələrinə gedərək, aksiyalara qoşulmağa dəvət edib.
 
Heyət "Böyük Qayıdış Yürüşü" nümayişlərinin başda Qəzza zolağına tətbiq olunan blokadanın qırılması olmaq üzrə hədəflərinə çatana qədər davam edəcəyini açıqlayıb.
 
"Birlik və bütövlüyümüzlə bu qələbəni əldə edəcəyik", - deyən heyət fələstinlilərin vətən sevgisi ilə böyüdüklərini, təslim olmağın nə olduğunu bilmədiklərin vurğulayıb.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru