Səudiyyə Ərəbistanı Hudeydə liman sahillərindən 150 yəmənli balıqçını oğurlayıb 03 May 2019 11:07 Yəmən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Əl-Hudeydə liman sahillərindən 150 yəmənli balıqçını oğurlayıb. Maide.Az “Sputnik”ə istinadla xəbər verir ki, bunu Ənsarullah hərəkatı ötən gün yayımladığı bəyanatda bildirib. Məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Əl-Hudeyda limanında 15 balıqçı gəmini və 150-dən çox balıqçını Qırmız dənizdə oğurlayıblar. Ənsarullah Səudiyyə rejiminin bu addımını İsveç müqaviləsinin pozulmasıdır. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#Hudeydə,#liman,#sahillərindən,#150,#yəmənli,#balıqçını,#oğurlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzza zolağının şərqindəki nümayişlərdə 60 nəfər yaralanıb (FOTO ) Medianın səssiz qaldığı müharibə: YƏMƏN (İnforqrafika)
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'