Səudiyyə Ərəbistan atəşkəs elan etdi, 2 saat sonra pozdu

Yəməndə qarşıdurma tərəfləri və Səudiyyə Ərəbisytnın koalisiyası ötən gecədən başlayan atəşkəsə boyun qoyduqlarını deyiblər, lakin Səudiyyə Ərəbistan  atəşkəs  elan olunduqdan iki  saat sonra  atəş kəsi pozub. 
 
Maide.az xəbər verir ki,  Səudiyyə Ərəbistan qırıcıları  ötən axşam gecə yarı Təzz  şəhərində Sale  və əl-Huban bölgəsinə hücumlar  etməklə əldə olunan atəşkəsi pozub. 
 
Yəmən xəbər  qaynaqları  həmçinin Səudiyyə Ərəbistan qırıcılarının İmran və Səna şəhərlərinin  üzərində  uçuşlar həyata keçirdiyini bildiriblər.
 
Atəşkəsin pozulmamasına nəzarət edən hər iki tərəfdən 12 hərbçidən ibarət komitə təsis edilib. Bu komitənin üzvləri Yəmən və Küveytdə oturacaq və  atəşkəsin riayət edilməsinə nəzarət edəcək.
Qeyd edək ki Yəmənin qarşıdurma tərəfləri bir həftə sonra Küveytdə sülh danışılarına başlayacaqlar./
 

Google+ WhatsApp ok.ru