Yəməndə müharibəyə son vermək üçün Ərəbistan iki şərt irəli sürdü

Ərəbistanlı Twitter fəalı Müctehid ən son açıqlamalarında Ərəbistan müdafiə naziri Mohəmməd bin Salmana istinadən bu iki şərti bildirib.
Maide.az xəbər verir ki, səudiyyəli fəalın verdiyi məlumata görə, Məhəmməd bin Salman Omanda keçirilən Yəməndəki münaqişə tərəflərinin görüşü ərəfəsində həmin iki şərti omanlı bir vasitəçi ilə paylaşıb.
Müctehid iddia edir ki, yəmənli mübarizlərin ərəbistan sərhəd nöqtələrindən çıxması və Ədəndə Əbdurəbe Mənsur Hadi iqtidarına qarşı çıxmamaq Səud rəsmisinin şərtləridir.
Bu şərtlərin irəli sürülməsi onu göstərir ki, rəsmi ər-Riyad öz əvvəlki şərtlərindən, yəni Hadinin Yəmin prezidenti kimi tanınması, Hövsilərin nəzarət etdikləri əraziləri tərk etməsi və tərksilah edilməsindən gəri çəkilib.
Eyni zamanda, xəbər mənbələri bildirib ki, Ənsarullah qruplaşmasının sözcüsü Ərəbistanın ölkəsinə hücumlarını dayandırmaq üçün BMT nümayəndəsinə bir sıra təkliflər verib; lakin sözügedən mənbələr həmin təkliflərin detallarını açıqlamaqdan imtina edib./
 

Google+ WhatsApp ok.ru