Yəmən Səudiyyə rejiminin mərkəz nöqtələrini vurdu 30 Mart 2020 09:58 Yəmən Yəmən silahlı qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının dərinliklərində Səudiyyə rejiminin obyektlərinə raketlər və pilotsuz aparatlarla (PUA) hücumu etdiklərini açıqlayıb. Maide.Az xəbər verir ki, bu barədə danışan Yahya Seri Yəmənnin raket və PUA qoşunlarının Səudiyyə koalisiyası üçün Riyad hökumətinə qarşı ən böyük müharibəyə başladığını deyib. O, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı həssas hədəfləri "Zülfüqar" raketləri və "Semad 3" PUA-ları ilə, habelə Cizan, Necran və Asir bölgələrindəki iqtisadi və hərbi hədəfləri isə müxtəlif raket və "Kasif K2" PUA-ları ilə vurduqlarını söyləyib. Yəmən silahlı qüvvələrinin sözçüsü hücumların Yəmənnin "Ənsarullah" hərəkatının baş katibi Əbdulməlik Bədrəddin Husinin verdiyi vədlərə uyğun həyata keçirildiyini vurğulayıb. Yəhya Seri əlavə edib ki, Yəmənin mühasirəsi və hücumlar davam edərsə, Səudiyyə rəhbərliyi daha ağır hücumlara məruz qalacaq və yaxın günlərdə bu xüsusi və geniş əməliyyatlar haqqında ətraflı məlumat veriləcək. Xatırladaq ki, Əbdulməlik Husi ötən həftənin cümə axşamı günü verdiyi açıqlamada Səudiyyə koalisiyasının hücumunun 6-cı ilində onlara qəfil zərbələr vurulacağını açıqlamışdı. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. Teqlər : #Yəmən,#Səudiyyə,#rejiminin,#mərkəz,#nöqtələrini,#vurdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənli lider Səudiyyə Ərəbistanının atəşkəsi qəbul etməsini şərh etdi Səudiyyə rejiminin sülh anlayışı uşaqları öldürməkdir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'